Albaniya parlamentində deputatlar arasında qarşıdurma baş verdi

Avropa İttifaqına namizəd ölkələrdən biri olan Albaniyada siyasi gərginlik səngimir.

Metbuat.az xəbər verir ki, ölkənin əsas müxalifət partiyası olan Demokrat Partiyasının deputatları parlamentin iclasına rəngli tüstü bombaları atıblar. Məlumata görə,gərginliyə baxmayaraq, mübahisəli büdcə qəbul olunub. Alban mətbuatı baş nazir Ramanın parlament binasına daxil olmasından sonra müxalifət siyasətçilərinin hərəkətə keçdiyini və fişənglər atdığını qeyd edib. Araşdırmalar zamanı məlum olub ki, müxalifət bloku tüstülü bombaları torbada gətirib əldən-ələ paylayıb.

Məsələyə münasibət bildirən Albaniyanın baş naziri Edi Rama, “Onlar küçənin dilini və yanaşmasını siyasətə gətirdilər. Onlar xaosa və zorakılığa əl atdılar” deyə qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı