Ofsayd qərarı ilə bağlı inqilabi yenilik

Futbol dünyasında ən çox müzakirə edilən qaydalardan biri olan ofsayd qaydasında dəyişiklik ola biləcəyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, irəli sürülən yeni qayda hüçumçunun rəqibin sonuncu müdafiəçisini tamamilə keçməsi ilə bağlıdır. Yeni qaydanı irəli sürən keçmiş məşqçi Arsen Venger bildirib ki, cüzi fərqlərə görə, çox sayda qol ləğv edildiyinə görə ofsayd qaydasında dəyişiklik edilməlidir. Onun təklif etdiyi qaydaya əsasən oyunçuların bədənlərinin bir hissəsi sonuncu rəqib oyunçu ilə cüzi də olsa üst-üstə düşərsə, oyundankənar vəziyyət qeydə alınmayacaq. Arsen Venger təklifinə görə, ofsayd üçün hücumda olan oyunçunun bütün bədən üzvləri rəqibin sonuncu müdafiəçisindən irəlidə olmalıdır.

Hücumçulara hərəkət etmək üçün daha çox sərbəstlik vermək və ən kiçik fərqlə ləğv edilən qolların sayını azaltmaq üçün ofsayd qaydasının dəyişdirilməsi ideyasını gündəmə gətirən Vengerin bu təklifi qəbul olunarsa, futbolda inqilabi yenilik olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı