Türkiyədə Dilan Polat və Engin Polatdan sonra dəbdəbəli həyatları ilə gündəmə gələn cütlük Özlem Öz və Tayyar Öz bütün paylaşımlarını siliblər.
Metbuat.az xəbər verir ki, cütlük paylaşımlarını sildikdən sonra kənddə inək sağdıqları anların görüntülərini paylaşıblar. Məlumata görə, çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilən Dilan Polat və Engin Polat cütlüyündən sonra bütün diqqətlər sosial media hesablarında "Tayyargiller" kimi tanınan Özlem Öz və Tayyar Öz cütlüyünə çevrilib. Mediada onlarla bağlı xəbərlərin dərc edilməsindən sonra cütlük sosial media hesablarında dəbdəbəli fotolarını və videolarını siliblər. Cütlüyün kənddə inək sağdıqları anların görüntülərini paylaşması diqqət çəkib. Bu paylaşımlar sosial media istifadəçiləri arasında gülüş obyektinə çevrilib.