"Həmin evlərə sənəd verilməyəcək" - RƏSMİ / VİDEO

Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin cox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür.

Metbuat.az Milli.az-a istinadən xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə Son" verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib: "Bir necə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən iyirmi altı, iyirmi yeddi minə yaxın sənədsiz ev vardı. Təsəvvür edin ki, Abşeron rayonunda iki yüz on beş min qeydiyyatda olan əhali var, lakin yeddi yüz minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək" - deyə o, bildirib

Daha ətraflı video məlumatı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı