Bakıda sevgilisindən ayrılan gəncdən dəhşətli əməl - TƏFƏRRÜAT

Bu gün Bakıda baş verən intiharla bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, intihar edən Elnur Musayev Zaqataladandır.

İlkin məlumata görə, E.Musayev sevdiyi qızdan ayrıldığı üçün canına qəsd edib.

O, intihar etməzdən öncə yazdığı məktubunda da bunu qeyd edib.

Mərhumun meyiti bu gün Zaqatalaya aparılaraq Göyəm kəndində dəfn edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. 23 yaşlı Musayev Elnur İlham oğlu yaşadığı evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı