Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 7 mlrd. dollara yaxınlaşıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi illik müqayisədə 33.4% artaraq 6 milyard 747 milyon dollar təşkil edib.

Bu barədə Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Hesabat dövründə Azərbaycandan Türkiyəyə ixrac illik müqayisədə 50% artaraq 4 milyard 838 milyon dollara, Türkiyədən Azərbaycana ixrac isə 4% artaraq 1 milyard 908 milyon dollara bərabər olub.

    Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Türkiyəyə qeyri-neft ixracı 675 milyon 905 min dollar təşkil edib ki, bu da illik müqayisədə 16% çoxdur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı