Pilot səhvən 550 kilometr məsafədəki hava limanına endi

Nigeriyada təyyarə təyinat yeri olan paytaxt Abuja hava limanına deyil, 550 km uzaqlıqdakı başqa şəhərin hava limanına eniş edib.

Metbuat.az xəbər verir ki, Laqosdan paytaxt Abucaya uçan “United Nigeria Airlines” şirkətinə məxsus təyyarə səhv hava limanına enib. Təyyarə heyətindən müvafiq şəxs “Abuca Nnamdi Azikive hava limanına xoş gəlmisiniz” elanı etsə də, təyyarə Abucadan təxminən 550 kilometr aralıda, Niger çayının qərb sahilində yerləşən Asaba şəhərinə eniş edib. Birləşmiş Nigeriya Hava Yolları şirkətinin açıqlamasında hadisənin əlverişsiz hava şəraiti ilə əlaqədar olduğu irəli sürülüb. Bildirilir ki, pilot hava limanının aviasiya bölməsindən məlumat aldıqdan sonra təyyarəni Asabaya istiqamətləndirib.

Nigeriya Mülki Aviasiya İdarəsi hava yolu şirkətinin fəaliyyətinin dayandırıldığını və hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı