Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 48% artıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi illik müqayisədə 47.5% artaraq 2 milyard 574,3 milyon dollar təşkil edib.

Bu barədə Metbuat.az-a Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir.

    Hesabat dövründə Azərbaycandan Çinə ixrac 39.7% artaraq 73 milyon 696 min dollara, Çindən Azərbaycana ixrac isə 47.7% artaraq 2 milyard 500.6 milyon dollara bərabər olub.

    Qeyd edək ki, cari ilin on ayında Azərbaycandan Çinə 27.1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı