Qəzza zolağında ölənlərin sayı açıqlandı

Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, ölənlərin sayı 15 523-ə yüksəlib, 41 316-dan çox insan yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı