"Barselona"ya getmək istəyən "Yeni Messi"ni bu klub alır

"Mançester Siti" “River Pleyt” və Argentinanın istedadlı futbolçusu Echeverrini transfer etmək üçün favorit kimi görünür.

Metbuat.az xəbər verir ki, “Real Madrid” PSJ və “Barselona” kimi Avropa klublarının marağına baxmayaraq, "Mançester Siti" transfer yarışında öndədir. “Mirror” qəzetinin məlumatına görə, Julian Alvarezin transferindən sonra "Mançester Siti"nin “River Pleyt”in ilə yaxşı münasibətləri var.17 yaşlı hücumameyilli yarımmüdafiəçinin U17 Dünya Kubokundakı uğurlu oyunu diqqət çəlib.

Echeverri 1/4 finalda əzəli rəqibi Braziliyaya qarşı het-trik də daxil olmaqla, beş qolla komandanın ikinci bombardiri olub. Echeverri U17 Dünya Çempionatı öncəsi verdiyi müsahibədə Lionel Messi kimi "Barselona"ya qoşulmaq istədiyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR