Bakıda məktəblərdən birində lentə alınan və sosial şəbəkədə paylaşılan video marağa səbəb olub.
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində 206 nömrəli məktəbdə səhər saat 08:16 radələrində olan zəlzələdə şagirdlər həyətə çıxarılıb.
Balacalar qorxmasın deyə, məktəbin həyətində mahnı səsləndirilib. Uşaqlar isə orada rəqs etməyə başlayıblar.
Qeyd edək ki, bu gün səhər saat 08:16-da Bakıda 5,6 bal gücündə zəlzələ olub.