“Biz ölmüş anaları diriltdilər” - Aqşin Bəbirovun anası / FOTO

“Biz ölmüş anaları diriltdilər. Prezidentimizə minnətdaram, ona təşəkkür edirəm. Ümidimizi üzməmişdik ki, Prezidentimiz bizim balalarımızı geri qaytaracaq”.

Metbuat.az xəbər verir ki, bu sözləri unikal.az-a açıqlamasında erməni əsirliyindən azad ediləcək Aqşin Bəbirovun anası Dürdanə Bəbirova bildirib.

Onun sözlərinə görə, ilk müjdəli xəbəri erməni əsirliyində olan Hüseyn Axundovun anasından alıb.

“Sağlamlığımız itsə də, tükənsək də, bitsək də, balam gəlir”, - deyən Dürdanə Bəbirova göz yaşlarını saxlaya bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı