Şenol Günəş Azərbaycan millisinə razılıq verdi - "Qürur duyaram"

"Beşiktaş"dan ayrıldıqdan sonra karyerası ilə bağlı susqunluğunu pozan Şenol Günəş Azərbaycan millisini çalışdırmağa razılıq verib.

Metbuat.az xəbər verir ki, Şenol Günəşin bu barədə “Sportinfo”ya açıqlaması Türkiyə mediasının da diqqətində olub. O yerli mətbuata açıqlamasında "Hazırda Avstriyada dincəlirəm. Azərbaycanın milli komandasını çalışdırmaqdan qürur duyaram. Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram" deyə bildirib.

Qeyd edək ki, UEFA Konfrans Liqası D qrupunda “Beşiktaş” “Luqano”ya 2-3 hesabı ilə məğlub olandan sonra Şenol Günəş istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı