Bakı Dövlət Universitetinin əməkdaşı vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktor müavini Bayram Məmmədov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Qeeyd edək ki, Bayram Məmmədov 1949-cu ildə Bakıda anadan olub. 1973-cü ildən 2019-cu ilə qədər BDU-da Yaradıcılıq klubunun müdiri vəzifəsində çalışıb. 2019-cu ildə klub Mədəniyyət-yaradıcılıq Mərkəzi statusu alandan direktor müavini vəzifəsini icra edib, BDU-da tələbələrin sosial fəallığının artırılmasında mühüm xidmətlər göstərib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR