Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarını BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyma qərarına görə kəskin tənqid edib.

Metbuat.az xəbər verir ki, o, İstanbulda İnsan Hüquqları Gününə həsr olunmuş forumda çıxışı zamanı BMT-də islahatlara ehtiyac olduğunu bildirib.

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası bir daimi üzvə - ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil. BMT-də mütləq şəkildə islahatlar aparılmalıdır”, - o vurğulayıb. .

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək BƏƏ-nin hazırladığı və münaqişə zonasında dərhal atəşkəs tələbini özündə əks etdirən humanitar qətnamə layihəsini bloklayıb.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib, Böyük Britaniya isə bitərəf qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı