Azərbaycanda orta aylıq əməkhaqqı 11%-dən çox artıb

2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 921,1 manat olub.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə 2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1729,4 min nəfər olmuş, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Qeyd edək ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı