​“Veysəloğlu”da vəzifə dəyişikliyi olub

Veysəloğlu Şirkətlər Qrupunda baş icraçı direktor vəzifəsində dəyişiklik olub. Şirkətlər qrupunun təsisçisi Aydın Talıbov baş icraçı direktor vəzifəsinin icrasına başlayıb. Daha əvvəl bu vəzifəni tutan Burak Dəniz işdən ayrılıb.

Aydın Talıbov biznes fəaliyyətinə 1992-ci ildə başlayıb. Gündəlik tələbat məhsulları sektorunda “Veysəloğlu Distribusiya”, “Ulduz” Şokolad Fabriki, “Veyseloglu Georgia”, “Araz” supermarketlər şəbəkəsi, “Xonça” Fabriki, “OBA” marketlər şəbəkəsi, “AVT Logistics” kimi uğurlu bizneslərin təşkilinə nail olub. “SPAR”, “Rossmann”, “Pepco” kimi Avropa brendlərini yerli istehlakçılar üçün əlçatan edib. A.Talıbov həmçinin “Sirab” ASC və “Badamlı Mineral Sular” MMC şirkətlərinin də təsisçilərindəndir.

Ölkə qarşısında göstərdiyi xidmətlərə görə Aydın Talıbov Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun əsası 29 il əvvəl qoyulub. Şirkətlər qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Qrup 2022-2023-cü illərdə “Deloitte” şirkətinin təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı