Azərbaycan bu ölkələrə mesaj verdi - ŞƏRH

Xəbər verdiyimiz kimi, ADA Universitetində İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Forumda çıxışı zamanı Prezident qeyd edib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. Bəs hazırki Türkiyə-İsrail böhranı Azərbaycanla olan münasibətlərə necə təsir edir?

Siyasi şərhçi Əziz Əlibəyli Metbuat.az-a açıqlamasında bildirib ki, hər iki tərəf ortaq əməkdaşlıq nöqtəsi tapmalıdır:

“Türkiyədə bəlli olan kəsim Azərbaycanı İsraillə əməkdaşlıq etdiyi üçün hədəf göstərir, bu da onlara bir mesajdır. Yeri gəlmişkən, bu həm də İran tərəfinə bir mesajdır, çünki İran Azərbaycanı İsraillə əməkdaşlıq etdiyi üçün ittiham edir. Lakin Prezidentin dilindən bildirilmişdir ki, İsrail bizim hərbi müttəfiqimizdir, Türkiyə isə bizim hərbi strateji müttəfiqimizdir və həm də qardaşlarımızdır. Odur ki, bu coğrafiyada problemləri Azərbaycanın da dəstəyi ilə bir dəfə həll etmiş iki ölkə növbəti dəfə də bu məsələləri həll etmək imkanını əldən verməməlidir”.

“Həm də məntiqi nəticə belə tamamlanır ki, Netanyahu və Tramp arasındakı görüşdə Trampın mövqeyi necə idisə, cənab Prezidentin mövqeyi də eynidir. Bu, bir az qlobal siyasət və regional siyasətin bu coğrafiyada üst-üstə düşməsi, həmçinin Azərbaycan və ABŞ xarici siyasət xəttinin eyni olması məsələsidir”, - deyə Ə.Əlibəyli qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı