Yəmən sahillərində husi hücumu: Bahalaşma gözlənilir

Yəmən sahillərində gəmilərə edilən hücumlar tədarük zəncirlərinin pozula bilər. Artıq bu fonda daşıma xərcləri də artıb.

Metbuat.az xəbər verir ki, Qəzzada İsrailin hücumuna məruz qalan fələstinlilərlə həmrəylik nümayişi olaraq Husilər Yəmənin qərb sahillərində, o cümlədən Hudeyda kimi limanlarda nəzarətdən istifadə edərək, İsraillə əlaqəli gəmilərə hücumlar təşkil edir.

Artıq bir çox sənaye mənbələri də xəbərdarlıq edib ki, husilərin hücumları artırdıqca Qırmızı dəniz vasitəsilə malların daşınması xərcləri artmaqda davam edəcək. Vəziyyət o həddə çatıb ki, London sığorta bazarı Qırmızı dənizi yüksək riskli ərazilər siyahısına salıb

Gəmilər belə ərazilərdən keçərkən sığortaçılarını xəbərdar etməli, həmçinin adətən yeddi günlük sığorta müddəti üçün əlavə sığorta haqqı ödəməlidirlər.

Britaniya Kral Donanmasının keçmiş vitse-admiralı və Körfəzdə dəniz təhlükəsizliyinin əvvəlki komandanı Duncan Potts bildirib ki, Qırmızı dəniz və Ədən körfəzini birləşdirən dar Bab əl-Məndeb boğazından təxminən 23 min gəmi keçir. Duncan Potts əlavə edib ki, bu hücumlar regional geosiyasi təhlükədən daha böyük qlobal strateji iqtisadi təhlükə ola bilər.

Bəzi gəmiçilik şirkətləri artıq öz gəmilərini Qırmızı dənizdən uzaq olan Ümid burnundan keçmək qərarına gəliblər.

Hücumlarla bağlı ABŞ husi üsyançılarına xəbərdarlıq edib. Bildirilib ki, gəmilərə hücumlar davam edərsə buna cavab veriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı