Qərbi Azərbaycan könüllüləri fəaliyyət göstərə bilər

Qərbi Azərbaycan könüllüləri fəaliyyət göstərə bilər.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğu Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunda çıxışı zamanı deyib.

"Tarixi reallıq yaxın gələcəkdə Qərbi Azərbaycan könüllülərinin də fəaliyyət göstərəcəyini deməyə əsas verir. Bir neçə il əvvəl deyilsəydi ki, Ağdam, Şuşa, Füzuli, Zəngilan könüllüləri yaradılacaq, buna təəccüblənmək olardı. Əminəm ki, buradakı 3000 könüllü arasında kökü Qərbi Azərbaycana bağlı olan çoxsaylı gənclər var. Qərbi Azərbaycana qayıtmaq onların da, bütöv xalqımızın da arzusudur. Qərbi Azərbaycana qayıtmaqla, orada könüllülük hərəkatı yaratmaqla bağlı arzumuzun gerçəkləşəcəyinə inanıram", - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı