Türkiyə mətbuatının məlumatına görə, o bu qərarını mərhum Adnan Şensesin həyat yoldaşı Lalə Şenseslə görüşündə açıqlayıb.
İllərini kino sahəsinə verən aktrisa "artıq aktrisalığı buraxıram, çox yoruldum", deyərək heyranlarına üzücü xəbəri verib.
Xatırladaq ki, bir müddət öncə N.Çehre 53 il çalışmasına baxmayaraq ancaq bir evi olduğunu, heç vaxt əməyinin qarşılığını tam ala bilmədiyini demişdi. "Hollivudda bir film çəkib iqtisadi azadlıq əldə edirlər".
Nebahat Çehrə Türkiyənin ən məşhur aktrisalarından biridir. 1944-ci ildə Samsunda anadan olub. 15 yaşında olarkən “Türkiyə gözəli” seçilən Çöhrə fotomodel və maniken kimi Türkiyənin şou aləminə qatılır. 1961-ci ildə “Yaban gülüm” filmi ilə kino aləminə ilk qədəmlərini basır. 1964-cü ildə Yılmaz Güneylə tanış olan aktrisa “Kamalı Zeybək” filmində rola dəvət alır. Bundan 3 il sonra – 1967-ci ildə Yılmaz Güneylə ailə qurur və bununla özünün dediyi kimi ifadə etsək, siyasətdən tutmuş, məişətə qədər hər şeydə öz baxışlarının formalaşmasında Yılmaz Güneyin böyük qatqısı olur. “O vaxtlar ayaqları yerə dəyməyən gənc bir qız, yəni mən bu işlərin ciddiyyətini Yılmazdan öyrəndim” deyərək Güneyin məsləhətlərindən çox bəhrələndiyini bildirir.
Aktrisa Azərbaycan tamaşaçısına daha çox "Aşkı Memnu", Muhteşem yüzyıl" kimi seriallardan, "Qanlı Yanvar" filmindən tanışdır.




