Heydər Əliyevin vəfat etdiyi xəstəxanadan görüntülər - Həkimlər danışdı

Azərbaycan Televiziyası (AzTV) ümummilli lideri Heydər Əliyevin vəfat etdiyi Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasından reportaj hazırlayıb.

Metbuat.az Ölkə.az-a istinadən xəbər verir ki, telekanalın Amerika bürosunun hazırladığı reportajda ulu öndərin müalicə aldığı xəstəxanada qarşılanmasından və müalicə prosesindən danışılıb, klinikada qaldığı otaqdan görüntülər nümayiş etdirilib.

Ümummilli lider Heydər Əliyevin şəxsi həkimi olmuş, Klivlend Klinikasının aparıcı cərrahı, Damar xəstəlikləri üzrə ulturasəs laboratoriyasının direktoru Murat Tuzçu bildirib ki, ömrünün son gününə kimi ulu öndərin yanında olub: “Heydər Əliyevin səhhətində problem yarananda onu konsultasiya etməyə gələndə tanıdım. Xəstəliyi müddətində, bizim xəstəxanımıza gəlib getdiyi vaxt onunla maraqlanırdım. Əməliyyatdan əvvəl və sonra hörmətli Əliyevin hər an, hər saniyə yanında oldum. Bir sözlə, onu yaxından tanımaq şərəfinə nail oldum. Möhtəşəm insanlığı var idi. Az danışan, lakin hər kəlməsinin çəkisi olan bir insan idi”.

Ulu öndərə xidmət etmiş tibb bacıları Marinela Kreis və Daella Uoldron da onunla bağlı xatirələrini danışıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı