Milli Məclisin sədri Türkiyənin vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Metbuat.az xəbər verir ki, bunu C.Yılmaz "X" hesabında yazıb.

O qeyd edib ki, daha sonra Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.

"Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Baş naziri cənab Əli Əsədova, Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya, onların nümayəndə heyətlərinə və azərbaycanlı qardaşlarımıza göstərdikləri qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm və ümid edirəm ki, səfərimiz xeyirliyə vəsilə olacaq", - C.Yılmaz vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR