Azərbaycan mebel idxalına bu qədər pul xərclədi

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 120,8 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötənilin müvafiq göstəricisi ilə müqayisədə 20,9 milyon dollar və ya 21 % çoxdur.

Hesabat dövründə bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,76 % təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR