Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qaldı

Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

Metbuat.az xəbər verir ki, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı Report-a təsdiq edib.

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR