Dünyanın ən qəribə adası: “Gəlib dua edənlərin üç il pul problemi olmur”

Yaponiyanın Tohoku bölgəsi 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra bölgənin bərpası üçün maraqlı üsul tapıb.

Metbuat.az xəbər verir ki,burada yaşayan pişik və marallarla dolu milli park bölgənin bərpasında böyük rol oynayır.

Taşirojimaya çatanda dərhal başa düşürsən ki, niyə onu “Pişik adası” adlandırırlar. Əvvəlcə siçovullarla mübarizə aparmaq üçün buraya gətirilən pişiklərin sayı bu gün adadakı insanların sayında dörd dəfə çoxdur.

Yerli balıqçı Hama Yutaka açıqlamasında bildirib ki, əvvəllərdə burada pişiklərin sayı çox olub:

“Ada ipəkçilikdə həmişə çox populyar olub.Biz ipək qurdlarını qorumaq üçün pişik saxlayırdıq”.

Tashirojima Yaponiyanın Sanriku Fukko Milli Parkında yerləşir. Ölkənin heyrətamiz şimal-şərq sahilləri boyunca 220 km uzanan park 2011-ci ildə dağıdıcı zəlzələ və sunamidən sonra bölgənin bərpasına kömək etmək üçün yaradılmışdır. Pişiklər də ölkənin bu ucqar bölgəsinə qonaqları cəlb etmək üçün öz üzərinə düşəni edirlər.

“Çoxlu pişiklər olduğuna görə buraya çoxlu turistlər gəlir ki, bu da adanı çox dinamik edir. Pişik dostlarımız bizim üçün çox önəmlidir. Pişiklər olmasa, Taşiro adası olmazdı.”

Bununla bərabət Tashirojimadakı tüklü dostlar kimi, yaxınlıqdakı Kinkasan adasındakı yüzlərlə maral da bölgəyə gələnləri cəlb edir. Tanrıların ilahi elçiləri olduğu deyilən marallar 8-ci əsrə aid Şinto məbədinin ətrafında sərbəst gəzirlər.

Abidənin Yaponiyanın ən müqəddəs yerlərindən biri olduğu bildirilir. Rəvayətə görə, bura gəlib üç il dalbadal dua etsən, ömrünün sonuna qədər pul problemi yaşamayacaqsan.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı