Çin liderindən Tayvan mesajı

Çin sədri Si Cinpin Tayvanın materiklə birləşməsini qaçılmaz bir tendensiya olduğunu bəyan edib.

Metbuat.az xəbər verir ki, o Çin Xalq Respublikasının qurucusu Mao Zıdongun anadan olmasının 130-cu ildönümü ilə əlaqədar Böyük Xalq Salonunda keçirilən simpoziumdakı çıxışında Tayvan məsələsini dəyərləndirib. Çinin yenidən birləşməsinin "qaçılmaz tendensiya", "Çin millətinin ədalətli işi" və "xalqın istəyi" olduğunu vurğulayan Si "Vətənimiz yenidən birləşməlidir və təbii ki, yenidən birləşdiriləcək" deyə bildirib.

Si bildirib ki, Tayvanı Çindən ayırmaq istəyənlərin qarşısını hər vasitə ilə alacaqlar. Çin liderinin mesajının 2024-cü ilin əvvəlində Tayvanda keçiriləcək liderlik seçkiləri ərəfəsində bəyan etməsi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı