“Nağdsız hesablaşmalar haqqında” Qanun dəyişdi

Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Metbuat.az xəbər verir ki, sənədə əsasən, “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.11-ci və 3.4.12-ci maddələrinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilib.

Qeyd edək ki, sözügedən maddələr pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər və tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişləri ehtiva edirdi.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı