Bu şəxslərin əməkhaqları ARTIRILDI - RƏSMİ

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarının əməkhaqları artırılıb.

Metbuat.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aydın İbadov əməkdaşların əməkhaqlarının 2024-cü ildə 20% artırılması ilə bağlı əmr imzalayıb.

Buna səbəb, 2023-cü ildə, xüsusilə ilin ikinci yarısında açıq məkanda reklamların qeydiyyata alınması ilə bağlı daxil olan müraciət sayının, dövlət rüsumu və yayım haqlarının yığımı məbləğinin açıq məkanda reklam sahəsi tarixində bütün fəaliyyət dövründə qeydə alınmış maksimal həddi aşması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı