Şahruddin dörd aydır maaş almır

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” ciddi maliyyə böhranı ilə üzləşib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, Türkiyə klubu dörd ay öncə iki illik müqavilə imzaladığı Azərbaycan millisinin qapıçısının müqavilə şərtlərini yerinə yetirə bilmir.

Sentyabrın 5-də “Qarabağ”dan Super Liqa təmsilçisinə keçən kiper ötən müddətdə əməkhaqqı almayıb. “Adana Demirspor” ona yalnız müəyyən məbləğdə “imza pulu” verib.

Tanınmış yerli iş adamı Murat Sancakın biznes fəaliyyətində durğunluq yaranıb. O, bu səbəbdən prezidenti olduğu kluba kifayət qədər vəsait ayırmaqda çətinlik çəkir.
Yaranmış vəziyyət komanda daxilində narahatlığı artırıb. Artıq Endryu Qravillo buradan ayrılıb.

25 yaşlı müdafiəçinin bir neçə aydır maaşını ala bilmədiyi üçün vəkili vasitəsi ilə Super Liqa təmsilçisi ilə müqaviləsini təktərəfli ləğv etdiyi iddia olunub.

Qravillo artıq klub axtarışına da başlayıb. Onun Rusiya “Spartak”ı ilə danışıqlar apardığı və bu komandaya transfer olunacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı