"Neftçi" Rüfət Abdullazadəni heyətinə qatmaq istəyir

"Səbail"in qış fasiləsində "Erzurumspor"a buraxmadığı yarımmüdafiəçi Rüfət Abdullazadəyə yeni maraq göstərənlərin hamısı Premyer Liqa təmsilçisidir.

Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, futbolçu ilə "Neftçi", "Sabah" və "Zirə" maraqlanır.

24 yaşlı cinah oyunçusunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.

Bu mövsüm 25 görüşdə 5 qol vuran və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən "Sumqayıt"ın yetirməsinin "Səbail"də qalıb-qalmaması yekun turnir cədvəlindən asılıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı