ABŞ prezidenti Donald Trampın ən yaxın müşavirlərindən bəzilərinin məlumatları internetə sızıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hesabata ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard və müdafiə naziri Pit Heqset də daxil edilib.
Bildirilib ki,onların internetdə açıq şəkildə telefon nömrələri, e-poçt ünvanları və hətta parollarını tapmaq mümkündür.
Bu məlumatlar Ağ Evin yüksək rütbəli məmurlarının Yəməndəki Husilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatlarını müzakirə etdiyi vaxtda açıqlanıb.
Qeyd edilib ki, ABŞ-nin The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq, yanlışlıqla “Signal” qrupuna əlavə edilib və burada Yəməndəki Hutilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatları yüksək təhlükəsizlik rəsmiləri tərəfindən müzakirə edilib.