"Liverpul" "Bavariya"nın ingilis hücumçusu Harri Keyni transfer edə bilər.
Metbuat.az xəbər verir ki, Harri Keynin “Bavariya”dakı uğurlu oyuna baxmayaraq, İngiltərəyə qayıtmaq istədiyi irəli sürülür. Oyunçuya yaxın mənbələrin iddiasına görə, Keyn karyerasını İngiltərədə bitirmək istəyir və bu məqsəd üçün “Liverpul”un cəlbedici variant olduğunu hesab edir. Futbolçunun “Liverpula” getmək istədiyi deyilir. Britaniya mətbuatının yazdığına görə, Keynin müqaviləsindəki sərbəst qalma bəndi mövsümün sonunda 67 milyon funt-sterlinqdən 54 milyon funt-sterlinqə enəcək.
Məlumata görə, “Bavariya” futbolçunun Almaniyada qalmasını və karyerasını “Bavariya”da yekunlaşdırmasını istəyir.