Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq etdi - FOTO

Son zamanlar kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluqlar həyata keçirilir.

Metbbuat.az xəbər verir ki, ilk olaraq vətəndaşlara pul qazanmaq adı altında iş təklif olunur, daha sonra müxtəlif “Telegram” quplarına qoşularaq müəyyən tapşırıqları həyata keçirmələri istənilir.

Növbəti mərhələdə vətəndaşlardan müəyyən miqdarda ödəniş tələb olunaraq, daha çox qazancın əldə edilməsi vədi verilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür iş təklifləri gəldikdə diqqətli olmağı, həmçinin şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı