Maaşlarla bağlı mühüm təklif: Artım olacaq?

Bizim hökumətə təqdim etdiyimiz təkliflərdən biri də minimum əmək haqqının vergidən azad olmasıdır. Nəzərə alsaq ki, hazırda minimum maaş 345 manatdır, amma vergi güzəştləri 200 manata qədər tətbiq olunur.

Metbuat.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

“Bu səbəbdən təklif edirik ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da minimum əmək haqqı vergidən azad olunsun və vergidən azadolmalar 200 manat deyil, 345 manatdan hesablansın. Nəticədə bu hadisə minimum maaş alan vətəndaşlarımızın maaşlarının vergiyə cəlb olunmamasına imkan verəcək. Eyni zamanda, bunun digər özəlliyi ondan ibarətdir ki, orta aylıq əmək haqqı alan vətəndaşlarımızda da vergi məbləği bu halda azalacaq və nəticədə əmək haqqının artmasına gətirib çıxaracaq”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR