Prezident seçkiləri ilə əlaqədar xaricdə seçki məntəqələrinin yaradılması müddəti sabah başa çatır

Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır.

Metbuat.az bildirir ki, Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması təmin edilməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət yanvarın 8-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı