Bank kartları ilə bağlı problem saatlardır davam edir

Bir neçə saatdır bəzi banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Müştərilər bildirir ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb:

“Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb.

Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı