Bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı

Yanvarın 6-da axşam saatlarında “Azəricard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından, POS terminallarından və mobil proqramlarından istifadə zamanı müşahidə olunan texniki nasazlıqlar aradan qaldırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərikard"dan bildirilib.

Qeyd edək ki, ötən gecə “Azəricard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir). Trend-in sorğusuna cavab olaraq, Rabitəbank və ABB texniki problemlərin aradan qaldırılması ilə bağlı məlumatı təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı