Ulduz futbolçu "Qalatasaray"dan getməyə qərar verdi

"Qalatasaray" klubunun uruqvaylı qapıçısı Fernando Muslera cari mövsümün sonu klubdan ayrılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə insayder Martin Çarkero açıqlama verib. Qolkiper yayda başa çatacaq müqavilə müddətini uzatmaq istəmir. "Əlcək sahibi" ölkəsinin "Penarol" klubuna keçməyi düşünür.

Qeyd edək ki, F.Muslera 2011-ci ildən bu yana "Qalatasaray"da çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı