Yılmaz Vural “Fənərbaxça"nın məşqçisi oldu

Almaniyanın tarixi klublarından olan "Şalke 04"ün əfsanələri ilə "Fənərbaxça"nın keçmiş futbolçuları yoldaşlıq görüşündə üz-üzə gəliblər.

Metbuat.az xəbər verir ki, oyun 2-2 hesabı ilə yekunlaşıb. “Şalke 04”də braziliyalı ulduz Ailton iki qola imza atarkən, “Fənərbaxça”nın qolunun müəllifləri Marcio Nobre və İlhan Parlak olub. “Fənərbaxça” əfsanələri arasında Bekir İrtegün, Erol Bulut, Uğur Boral, Erhan Albayrak, və Bruno Alves və digərləri yer alıb. "Fənərbaxça"nın məşqçisi Yılmaz Vural matçdan sonra açıqlama verib. O, "Antaliyada keçirilən turnirdə rəqibimizi məğlub etmişdik, indi isə səfərdə idik. Hesabdan çox, insanların bizi coşqu ilə qarşılaması və burada bizə dəstək olması çox gözəl idi" - deyə bildirib. T

ədbirin təşkilatçısı Kamil Dəmirbilek matçın sadəcə idman tədbiri olmadığını vurğulayıb. Onun sözlərinə görə, tədbir Türkiyə-Almaniya dostluğunu gücləndirmək üçün təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı