"Fənərbaxça" rəhbərliyi növbəti mövsüm Avropada səs-küy yaradacaq komanda yaratmaq üçün hazırlıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, rəhbərlik Joze Mourinyonun təlimatı ilə bir sıra futbolçuları klubdan göndərərək büdcə əldə edəcək. “Türkiye” qəzetində yer alan xəbərə görə, klub yeni futbolçuları heyətə cəlb etmək üçün Livakoviç, Yusuf, İsmayıl, Oğuz, Szymanski, Dzeko, Tadiç Ostervolde və En-Nesyri kimi oyunçuların satışından 100 milyon avrodan çox gəlir əldə etməyi nəzərdə tutub.
Qeyd edək ki, bundan əvvəl "Fənərbaxça"nın "Lyon"un qapıçısı Lukas Perrini, "Bavariya"nın futbolçusu Mülleri, "Yuventus"un oyunçusu Vlahoviçi transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi.