Sərhəd-keçid məntəqələrində gözləmədə olan yük maşınlarının sayı açıqlandı

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda gözləmədə olan yük maşını yoxdur.

Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 100 ədəd yük maşını gözləyir: “Astara” gömrük postunda 9, “Biləsuvar” gömrük postunda 28, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40, “Xanoba” gömrük postunda isə 6 yük maşını.

"Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - AYNA bildirir.

Xatırladaq ki, “Qırmızı Körpü”də sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları Azərbaycan üzərindən hərəkət edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı