Nazirlikdən küləkli hava şəraiti ilə bağlı vətəndaşlara MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

Metbuat.az xəbər verir ki, ETSN-in mətbuat katibi İradə İbrahimova ölkə ərazisində havanın dəyişməsi ilə bağlı əhaliyə ehtiyatlı davranmaları üçün zəruri məqamları diqqətə çatdırıb.

"Küləkli hava şəraiti ilə bağlı insanlara tikinti aparılan yerlərdən, iri gövdəli ağaclardan aralıda durmağı, avtomobillərini ağacların altında saxlamamağı məsləhət görürük. Küləyin təsirlərindən qorunmaq üçün xəbərdarlıqlara əməl olunmasını bir daha rica edirik. Gözlənilən hava şəraiti ilə bağlı yenilənən məlumatları meteo.az saytından əldə edə bilərsiniz", - deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı