Tütün məmulatları və pirotexniki vasitələr aşkar edildi

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan cəmi 12210 qutu tütün məmulatları və külli miqdarda pirotexniki vasitələr aşkar olunub.

DGK-dən Metbuat.az-a bildirilib ki, Şirvan gömrük postundan daxil olan əməliyyat məlumatı əsasında Saatlı rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakininə məxsus ticarət obyektində və yaşayış evində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 8034 qutu tütün məmulatı aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı