1978-ci ildə İtaliyada üç üzvü öldürülən irqçi “Gənclik Cəbhəsi”nin anım mərasimində neofaşist qruplar nasist salamı verib.
Metbuat.az xəbər verir ki, İtaliyanı şoka salan görüntülərdə neofaşist qrupların üzvlərinin öldürülən şəxslərin adlarını çəkərkən “O sağdır” qışqırdığı müşahidə edilib.Sosial şəbəkələrdə yayılan görüntülər ölkədə müzakirələrə səbəb olub.
İtaliya Demokratik Partiyasının kommunikasiya direktoru Sandro Ruotolo faşist təşkilatları ləğv etməyə çağırıb. Anım mərasimində faşist qrupların nümayişi İtaliyada faşizmin yenidən yüksəlişdə olması müzakirələrini ortaya çıxarıb.