ADY bu marşrut üzrə cümə günlərinə axşam reysləri təyin etdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günlərinə axşam reysləri təyin edib.

QSC-dən Metbuat.az-a verilən məlumata görə, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı 12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, 14, 21, 28 yanvar və 4 fevral tarixlərində isə saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı