Azərbaycanın qeyri-neft ixracında rekord qeydə alınıb

Azərbaycanın qeyri-neft ixracında rekord qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.

Bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.

Belə ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci illə müqayisədə 9,8% çoxdur.

Təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 mln. ABŞ dollarından çox təşkil edib ki, bu da illik ifadədə 3,8%-lik artım deməkdir. Ötən ilin IV rübündə isə ölkədən 914,2 mln. ABŞ dollarına yaxın qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 7,9% çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı