Bu iki ölkə Şengen vizaları verəcək

Bolqarıstan və Rumıniya aprelin 1-dən etibarən qısamüddətli Şengen vizaları verməyə başlayacaq.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, turistlər sözügedən vizalarla təyyarə və yaxud dənizlə Şengen sazişinə daxil olan ölkələrə səfər edə biləcək. Hər iki ölkə 90 günə qədər keçərli vizalar verə biləcək.

Qeyd edək ki, hazırda 27 dövlət Şengen sazişində iştirak edir ki, burada da vahid sərhəd nəzarəti sistemi mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı