Xəbər verildiyi kimi, dünən Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzası baş verib.
Metbuat.az publika.az-a istinadən xəbər verir ki, rayonun Xarxatan kəndində yaşayan 1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mersedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb.
Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Məlumata görə, N.Məmmədov baş vermiş yol qəzasından əvvəl dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, hadisədən bir neçə saniyə əvvəl N.Məmmədov sükan arxasında olarkən onun ürəyi tutub. Nəticədə sürücü özündən gedib və N.Məmmədovun sürdüyü avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara və dirəklərə çırpılıb. Sükan arxasında hərəkətsiz qalan şəxsin öldüyü müəyəyn edilib.
Qeyd edək ki, vəfat edən şəxs Lənkəranda məşhur “Nat petrol” yanacaqdoldurma məntəqəsinin sahibi olub və iş adamı kimi tanınıb.
Vəfat edən biznesmenin fotosunu təqdim edirik: