​“İRƏLİ” İctimai Birliyi 2024-cü ilin ilk təcrübə proqramını elan edir

“İRƏLİ” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2024-cü il üzrə ilk təcrübə proqramını elan edir.

Təşkilatın Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, proqram çərçivəsində gənclər layihələrlə iş, beynəlxalq əlaqələr, gənclərlə iş, təhsil və təlim, sosial iş və media istiqamətləri üzrə təcrübə keçmək imkanı əldə edəcəklər. Qeyd edək ki, gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

Təcrübə proqramına 17-24 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək təcrübə müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 15 yanvar 2024-cü il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://shorturl.at/dCFIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR